Vergiödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən NUHÇIXAN-a bildirilib ki, müəssisə tərəfindən vergiödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.