Müəssisə malların topdan satışı ilə məşğuldur və illik dövriyyəsi 100.000 manatdır. Sadələşdirilmiş vergiödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.
Topdansatış qaydasında ticarət fəaliyyəti ilə məşğul olan müəssisə 2019-cu ilin yanvarından mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir.