“Azərkosmos” Qubadlının Xanlıq kəndində erməni işğalçılarının yeni saldığı qəsəbənin təsvirini yayımlayıb
“Azərkosmos” ASC Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin “Azersky” peyki vasitəsilə 2019-cu il avqustun 29-da əldə olunmuş təsvirini yayımlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-dən bildirilib.
Qeyd edək ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.