Frankfurt-Maynda növbəti beynəlxalq avtosalon açılıb.
NUHÇIXAN xəbər verir ki, “yaşıl” avtomobillər – elektrokarlar və yığcam maşınlar ziyarətçilərdə xüsusi maraq doğurub. Əvvəlki illərlə müqayisədə nümayişə az sayda maşının çıxarılması bu avtosalonun fərqləndirici xüsusiyyəti olub. Əvəzində mühəndislərin yeni ideyalarının və layihələrinin təqdim olunduğu monitorların sayı çoxalıb. Bunlar əsasən gələcəyin avtomobilləridir. Bu il lüks sinfindən avtomobillər də gözə dəyməyib. Bütün bunlar dünya avtosektorunda yeni trendin yarandığını göstərir.