Azərbaycan yolların keyfiyyəti baxımından MDB ölkələri arasında 1-ci yeri tutub.
NUHÇIXAN "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun hesabatında deyilir.
Azərbaycan ümumi reytinqdə 137 ölkə arasında 36-cı yeri tutub. Region ölkələrindən Türkiyə 30-cu, İran-71-ci, Gürcüstan 82-ci, Ermənistan 85-ci, Rusiya 114-cü yerdə qərarlaşıb.
Bununla yanaşı, hesabatda Azərbaycandakı yolların vəziyyətinin ötən illə müqayisədə yaxşılaşdığı bildirilir.
Dünyanın ən yaxşı yolları isə Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və İsveçrədədir. Ən keyfiyyətsiz yol isə Haiti, Konqo və Mavritaniyadadır.