Yükdaşıma fəaliyyətini həyata keçirən hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdırmı?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, hüquqi şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdır. “Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergiödəyiciləri müraciətindən sonra 5 iş günü ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.