Vergi Məcəlləsinə görə, marketlərdən alış-veriş edərkən ödənilən məbləğin müəyyən hissəsi müştəriyə geri qaytarılırmı?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış (neft və qaz məhsulları istisna almaqla) mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirir. Vergi qanunvericiliyinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.