Azərbaycan Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkədən biridir.
NUHÇIXAN Dünya Bankına istinadla xəbər verir ki, Azərbaycan “Doing Business” üzrə 4 sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb: “Əmlakın qeydiyyatı”, “Kreditlərin alınması”, “Minoritar investorların hüquqlarının qorunması” və “Müqavilələrin icrasının təmin edilməsi”.
Rəsmi xəritənin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının sürətləndirilməsi nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan “Doing Business 2019” hesabatında “Ən islahatçı ölkə kimi” qiymətləndirilmiş və 190 ölkə arasında 32 pillə irəliləyərək 57-ci pillədən 25-ci yerə yüksəlmişdi.