“Diplomat in Spain” portalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib - FOTOLAR

A- A A+

İspaniyanın nüfuzlu “Diplomat in Spain” portalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, məqalədə bu il sentyabrın 20-də ölkəmizdə “Əsrin müqaviləsi”nin 25 illiyinin qeyd edilməsindən söz açılır.

Qeyd olunur ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən xarici siyasət kursu ölkəni beynəlxalq münasibətlərin yeni mərhələsinə qaldırıb, buna misal olaraq 1994-cü il sentyabrın 20-də Bakıda Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalanıb.

Məqalədə ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi xüsusi vurğulanır, Cənub Qaz Dəhlizi haqqında məlumat verilərək, onun Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsindəki vacib rolundan bəhs edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: