Hazırda Azərbaycanda ödəniş kartlarının ümumi sayı 7,1 milyonu keçib.
NUHÇIXAN xəbər verir ki, bu, hər 100 vətəndaş üçün 71 kart deməkdir və Azərbaycan bu göstəriciyə görə Cənubi Qafqazda liderdir. Son 10 ildə bankomatların sayı 62 faiz, POS-terminalların sayı 7,5 dəfə artıb. Kartlarla nağdsız ödənişlərin xüsusi çəkisi son 5 ildə 4 faizdən hazırda 20 faizədək yüksəlib və ya 5 dəfə artıb.