Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində Ticarət Nümayəndəsinin Aparatının təşkilatçılığı ilə yerli məhsullarımız sentyabrın 25-29-da Çinin Cician əyalətinin Vencou şəhərində keçirilən II “Zhejiang International Import Expo” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Made in Azerbaijan” vahid ölkə stendində ölkəmizin istehsalı olan şərablar, konyaklar, təbii meyvə şirələri, kompotlar, mineral sular, çay, mürəbbə və digər konservləşdirilmiş məhsullar nümayiş etdirilir. Azərbaycan məhsulları, xüsusilə də şərab, nar şərabı və nar şirələri sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanır.