Sentyabrın 30-da Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Koreya İdxalçılar Assosiasiyası (KOIMA) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
NUHÇIXAN xəbər verir ki, sənədi AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və KOIMA-nın sədri Hong Kvang-Hee imzalayıblar.
Qeyd edək ki, imzalanma Bakıda keçirilən Azərbaycan-Koreya biznes forumu çərçivəsində baş tutub.