Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizinin Hüquqi Statusuna dair Konvensiya haqqında Qanun imzalayıb.
NUHÇIXAN xəbər verir ki, V.Putin 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin Hüquqi Statusuna dair Konvensiyanı ratifikasiya edən Federal Qanun imzalayıb.
Sentyabrın 19-da sənəd Dövlət Dumasında, daha sonra isə Federasiya Şurasında ratifikasiya edilmişdi. Konvensiya Xəzər dənizində gəmiçilik rejimi, Xəzərin akvatoriyasından kollektiv istifadə, ərazi sularının və balıqçılıq zonalarının sərhədinin müəyyən edilməsi, dənizinin dibinin bölünməsi, sualtı kabellərin və boruların çəkilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərini tənzimləyir. Bundan əlavə, Konvensiya Xəzər dənizində hövzə ölkələrinə aid olmayan hərbi qüvvələrin yerləşdirilməsini qadağan edir.