“Azerspace-1” peyki üzərindən yeni kanallar yayıma başlayıb

A- A A+

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peyki üzərindən 3 yeni kanal yayıma başlayıb.

“Azərkosmos” ASC-dən NUHÇIXAN-a bildirilib ki, “Azərkosmos” Gürcüstanın “Mtavari Axri” və “Music Box”, Rusiyanın “ИЛЛИ ТВ” televiziya kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, “Mtavari Axri”, “Music Box” və “ИЛЛИ ТВ” kanalları oktyabrdan etibarən “Azerspace-1” peyki üzərindən 11095/H/30000 tezliyi ilə yayımlanır. Sadalanan kanallar vasitəsilə gürcü və rus dillərində ictimai, iqtisadi, analitik, idman, musiqi, əyləncə və mədəniyyət proqramları nümayiş edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: