Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib.
NUHÇIXAN xəbər verir ki, ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir.
Ermənistan 61,3 bal ilə siyahıda 69-cu, Gürcüstan isə 60,6 balla 74-cü pillədə qərarlaşıb. 141 ölkədən ibarət reytinq siyahısının beşliyinə ilk yerdə Sinqapur olmaqla ABŞ, Honkonq, Niderland və İsveçrə daxildir.
Qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur.
Azərbaycan “bazarın miqyası” istisna olmaqla “əmək bazarı”, “biznesin dinamikliyi”, “ərzaq bazarı”, “infrastruktur”, “bacarıqlar”, “ictimai institutlar”, “bazarın miqyası”, “innovativ potensial” kimi indekslərdə ötən ilə nisbətən irəliləyib.