İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Sumqayıt Kimya Sənaye Parkı və Türk Standartları İnstitutu arasında əməkdaşlıq protokolu imzalanıb.
NUHÇIXAN xəbər verir ki, sənəd oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransı çərçivəsində imzalanıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, protokol gələcək əlaqələrin inkişafı və müəssisələrdə beynəlxalq standartların təsirinə müsbət təsir göstərəcək: “Azərbaycanla Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında bu ilin əvvəlindən indiyədək 32 layihənin icrası başa çatıb, 13 layihə üzrə işlərin icrası davam etdirilir”.