Azərbaycan Mərkəzi Bankı 22 oktyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan NUHÇIXAN-a verilən məlumata görə, oktyabrın 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,8961 manat təşkil edir.
1 türk lirəsi 0,2902 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5735 manatdır.