Bu ilin 9 ayında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 465 milyon 577,1 min manat dəyərində istehlak malları satılıb və ödənişli xidmətlər göstərilib. Satılan istehlak mallarının 96,6 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə muxtar respublika ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Şərur rayonunun Qışlaqabbas, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində və Şahbuz rayonunun Badamlı qəsəbəsində xidmət mərkəzlərinin, Culfa rayonunun Yaycı kəndində ticarət mərkəzinin tikintisi, Şərurun Kərimbəyli kəndində xidmət mərkəzinin, Şərur şəhərində ticarət mərkəzinin yenidən qurulması başa çatdırılıb.
Şərurun Alışar, Yeni Havuş, Muğanlı, Muğancıq Mehrab, Xələc və Məmmədsabir, Babək rayonunun Gülşənabad, Ordubadın Vənənd, Kəngərlinin Böyükdüz və Şahbuzun Türkeş kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilib.