Noyabrın 6-da Bakı İdman Sarayında II Beynəlxalq Sənaye Sərgisi “CASPINDEXPO 2019” açılıb.
NUHÇIXAN xəbər verir ki, açılış mərasimində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə sərginin əhəmiyyətindən söz açaraq sərgidə İranın ən tanınmış şirkətlərinin iştirak etdiyini nəzərə çatdırıb.
Son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bu əməkdaşlıqdan hər iki ölkənin mənfəət götürəcəyinə əminliyini vurğulayıb.
Sərgi noyabrın 8-dək davam edəcək.