Vergi proqnozu 120,2 faiz icra edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2019-cu ilin oktyabr ayında  Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 120,2 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə onların 35,8 faizi dövlət sektorunun, 64,2 faizi isə özəl sektorun payına düşüb. 

Azərbaycan Respublikasında yeni sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 162,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 150,6 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib. 

Muxtar respublikamızda özəl sektorun inkişafına dair bir çox əhəmiyyətli proqramlar qəbul edilib, sahibkarların normal və sərbəst fəaliyyəti üçün mühüm işlər görülüb, xüsusilə rayonlarda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə oktyabr ayında 3 kommersiya hüquqi şəxs və 335 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 70,4 faizi muxtar respublika rayonlarının payına düşüb. Bütün bu müsbət nəticələr dövlətimizin özəl sektora göstərdiyi diqqət və qayğının ən bariz nümunəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: