Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi davam edir - YENİLƏNƏCƏK
Noyabrın 7-də Milli Məclisin daha beş komitəsinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsi aparılır.
NUHÇIXAN xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, proqnozlaşdırılan büdcə gələn il qarşımızda duran vəzifələrin öhdəsindən gəlməyimizə imkan verəcək. Əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq.