Dekabrın 12-də Kiyevdə II GUAM biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) NUHÇIXAN-a bildirilib ki, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Biznes forumda iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.