“Bakutel-2019”da Las-Veqasdan “Pepper” humanoid robotu və robot balıqlar nümayiş olunacaq - FOTOLAR

A- A A+

Dekabrın 3-dən 6-dək Bakı Sərgi Mərkəzində keçiriləcək “Bakutel-2019” XXV Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində ən müasir robot modelləri və mütərəqqi texnologiyalar nümayiş olunacaq.

NUHÇIXAN Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 5-6-da sərgi çərçivəsində Las-Veqasdan Pepper humanoid robotu, robot balıqlar, dünyaca məşhur Robot rəssam, müxtəlif sumo, güləş və dron yarışları, Kosmo zonası, 6 metrlik uçan astronavt və ən nəhayət hamının sevimlisi Robot pianoçu Bakıda sərgi iştirakçılarına nümayiş ediləcək.

İyirmidən çox interaktiv zona və robotları görmək istəyənlər https://robopark.ticketsetup.com/az linkinə daxil olaraq qeydiyyatdan keçə və pulsuz bilet əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: