2025-ci ildən sonra qlobal neft tələbatındakı artım tempinin yavaşlamağa başlayacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.
Bildirilir ki, həmin ildən sonra daha az enerji sərf edən və ya elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinə tələbat artacaq.
2025-ci ildən sonra neftə olan tələbatdakı artım tempinin yavaşlaması və tələbatın 2030-cu ildə pik göstəriciyə çatacağı nəzərdə tutulur. 2040-cı ilə qədər isə qlobal neft tələbatının gündəlik 106 milyon barrelə yüksələcəyi proqnozlaşdırılır.