Azərbaycanda ilk dəfə NET Developerlər Konfransı keçiriləcək

A- A A+

Noyabrın 23-də ADA Universitetində “DOTNET KONF” Azərbaycan konfransı baş tutacaq.

Bu barədə NUHÇIXAN-a konfransın təşkilat komandasından bildirilib.

Məlumata əsasən, konfransın məqsədi yerli IT ekosisteminin nümayəndələrini bir araya toplamaq, proqramçı mütəxəssislər və proqramlaşdırmaya yeni başlayanlar arasında əlaqə yaratmaq, bu sahənin ən son yeniliklərini və trendlərini araşdırmaq, ölkənin informasiya texnologiyaları bazarının və kadr potensialının inkişafına təkan verməkdir.

Bir qrup yerli proqramlaşdırma mütəxəssisinin təşəbbüsü, “Microsoft Azerbaijan”, “TayqaTech” və “Kibrit.Tech” şirkətlərinin dəstəyi ilə keçiriləcək tədbirdə 250 nəfərin iştirakı və 7 spikerin çıxışı nəzərdə tutulub. Konfransın işçi dili Azərbaycan dilidir.

Dünyanın əksər ölkələrindən çoxsaylı proqramçı auditoriyasını öz ətrafında birləşdirən NET Developerlər konfransının Azərbaycanda da hər il olaraq keçirilməsi planlaşdırılır.

Daha ətraflı məlumatı konfransın rəsmi saytından əldə etmək olar: “https://dotnetkonf.az/

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: