“Azərmarka” MMC “Neft eposu” adlı poçt markasını tədavülə buraxıb.
NUHÇIXAN xəbər verir ki, marka “Əsrin müqaviləsi”nin 25 illiyi və Neft Daşlarında ilk neftin çıxarılmasının 70-ci ildönümünə həsr olunub. Marka 5 min tirajla 200 nüsxə istehsal olunub. Buraxılışa əlavə olaraq “Birinci gün” zərfi və xüsusi möhür hazırlanıb. Zərfdə 8 marka təsvir olunub.
Əməkdar rəssam Səbinə Şıxlinskayanın işlərindən ibarət poçt blokunun təqdimat mərasimində “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyeva bildirib ki, marka XVIII əsrdən indiyədək neft sənayesində əldə olunan nailiyyətləri, inkişafı əhatə edir. Məqsəd Azərbaycanı dünyada təbliğ etməkdir. Bunun üçün markalar çox gözəl vasitədir. Çünki zərfin üzərindəki markalar dünyanın hər bir yerinə çatır və bir ölkə, xalq barədə informasiya daşıyır.