Daşınmaz əmlakın qeydiyyatı və elektron kadastr xəritələrinin hazırlanması davam etdirilir

A- A A+

Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının fəaliyyətinə hərtərəfli şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi digər sahələrdə olduğu kimi əmlak və torpaq məsələlərinin həllində də mühüm nəticələrin əldə edilməsinə, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. 2018-ci ilin may ayı ərzində Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə işlər mütəşəkkilliklə davam etdirilərək operativliyin artırılması diqqət mərkəzində saxlanılıb.

Torpaq sahələrinin konturlarının çöl geodeziya ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə ay ərzində Şərur rayonunun Cəlilkənd, Tənənəm, Xələc, Arbatan və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri aparılıb, 1513 daşınmaz əmlak obyekti plana alınıbdır.

Şərur rayonunun Yuxarı Aralıq, Aşağı Aralıq, Muğancıq Mehrab, Qarxun və Çərçiboğan bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb  və torpaqların növləri üzrə uçotu aparılıbdır.

Şahbuz rayonunun Kolanı, Nursu, Sələsüz və Gömür bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri tərtib edilib.

Muxtar respublikada torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti daimi nəzarətdə saxlanılaraq, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülübdür.

May ayı ərzində ümumilikdə muxtar respublika üzrə 264-ü torpaq sahəsi olmaqla, cəmi 560 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Hüquqların dövlət qeydiyyatına alınması üçün Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən       37 müraciət daxil olmuş və icra edilmişdir.

Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 45 daşınmaz əmlak obyektinə ünvan verilib. 93 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Vətəndaşlara səyyar xidmətin göstərilməsi davam etdirilərək, ay ərzində muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 31 vətəndaşın müraciətinə baxılıb.

13 əmlak real bazar dəyərinə uyğun olaraq qiymətləndirilmiş, 156 əmlakın bazar dəyəri məlumat bankına daxil edilmişdir. Göstərilən bütün növ xidmətlərə görə müəyyən edilmiş rüsum və xidmət haqlarının banklar və POS-terminallar vasitəsilə, habelə onlayn ödənilməsi təmin edilibdir.

Naxçıvan Muxtar Respublikasının

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: