Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

A- A A+

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin olunması, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilib, bu ilin oktyabr ayında 18 istehsal sahəsinin yaradılması başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalçatoxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 49 sahənin yaradılması istiqamətində işlər davam etdirilib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən oktyabr ayında 23 layihənin maliyyələşdirilməsinə 229 min 500 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində fond tərəfindən 16 ailə təsərrüfatına 126 min 500 manat həcmində güzəştli kreditlərin verilməsi təmin edilib. Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2019-cu ilin oktyabr ayında aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 11 lisenziya, 6 icazə verilib, “Qаynаr хətt” vаsitəsilə 484 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılıb, sаhibkаrlаrın sоrğulаrı cavablandırılıb.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilib, 38 mal çeşidini əhatə edən 70 halda səyyar, 211 halda laboratoriya təhlillərinin aparılması təmin olunub. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə edib.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxana Kompleksində 4 xalça toxunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: