Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib

A- A A+

Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib.

NUHÇIXAN Özbəkistan Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər MDB ölkələrinin gömrük xidmətlərinin rəhbərləri və ya səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdə bu ölkələrdə gömrük sahəsinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qonşu dövlətlərlə və uzaq xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrin inkişafı, həmçinin bu sahənin müxtəlif istiqamətləri üzrə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində təkliflər və təşəbbüslər müzakirə olunub.

İclas çərçivəsində ikitərəfli görüşlər də keçirilib. Özbəkistan və Azərbaycanın gömrük qurumları arasında sərhəddən keçən yüklər və nəqliyyat vasitələri haqqında qarşılıqlı informasiya mübadiləsinin texniki şərtləri təsdiq edilib.

Həmçinin üzv ölkələr arasında möhür və ştampların nümunələrinin qarşılıqlı təqdim olunması ilə bağlı saziş imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: