“Goldman Sachs” neftin qiymətinə dair proqnozunu açıqlayıb

A- A A+

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu və 2020-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

NUHÇIXAN banka istinadla xəbər verir ki, bu il “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 63,9 dollar olacaq. “Goldman Sachs”ın gələn il üzrə proqnozu isə 60 dollar/barreldir.

Bankın “Light” markalı neftin bir barrelinin builki qiymətinə dair proqnozu 56,9 dollar, 2020-ci il üzrə isə 55,5 dollardır.

“Goldman Sachs” 2020-ci ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağını və qeyri-OPEC üzrə neft tədarükünün isə sutkada 2,1 milyon barrel çoxalacağını gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: