Naxçıvanın istehsal malları Ankarada keçirilən sərgi-yarmarkada nümayiş olunur - FOTOLAR

A- A A+

Türkiyə Xarici İşlər Nazirliyi əməkdaşlarının həyat yoldaşlarının Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə paytaxtındakı “Sheraton Ankara” otelində sərgi-yarmarka keçirilib.

NUHÇIXAN xəbər verir ki, Türkiyədə akkreditasiya olunan diplomatik korpusun təmsil olunduğu tədbirdə Azərbaycan iki pavilyonla təmsil olunur. Hər ikisi Türkiyədəki Səfirliyimiz tərəfindən qurulan bölmənin biri diplomatik nümayəndəliyimiz, digəri isə Ankarada fəaliyyət göstərən “Buta Bakı” şirkəti tərəfindən idarə olunub. Bu pavilyonlarda milli mətbəximizin ləziz yeməkləri, o cümlədən ölkəmizin qida məhsulları və suvenirləri, eləcə də Naxçıvan Muxtar Respublikasından gətirilən istehsal malları nümayiş olunur.

Sərgi-yarmarkanın açılış mərasimində tədbir barədə məlumat verilib. Tədbirin bədii hissəsində Azərbaycan musiqiçilərinin də ifası olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: