Dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, tədbirlərdə TRASEKA-ya üzv və müşahidəçi ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.