Regional Rabitə Birliyi (RRB) MDB ölkələri arasında rominq tariflərinin endirilməsinə üzrə memorandum hazırlayır.
NUHÇIXAN xəbər verir ki, bu barədə dekabrın 4-də Bakıda keçirilən II Xəzər İnnovasiya Konfransında Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nuriddin Muhitdinov deyib.
O bildirib ki, qeyd olunan sənədin 2020-ci ildə imzalanacağı gözlənilir: “Sənədin imzalanmasına dair qərar MDB hökumət başçıları səviyyəsində qəbul oluna bilər. Qeyd edim ki, hazırda RRB-yə üzv bir neçə ölkədə daxili rominq, demək olar ki, ləğv olunub. Hesab edirəm, bu gün istifadəçilərə ölkə hüdudlarından kənarda belə pulsuz səsli və görüntülü ünsiyyət imkanı yaradan populyar messencerlər operatorlara rominq xidmətinin ümumiyyətlə ləğv edilməsinə bir stimul ola bilər”, - deyə N.Muhitdinov qeyd edib.