Azərbaycan sahibkarları İran Techmart Sərgisində iştiraka dəvət olunurlar

A- A A+

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizdə fəaliyyət göstərən sahibkarlara müraciət edib.

AZPROMO-dan NUHÇIXAN-a bildirilib ki, dekabrın 17-də Tehranda IX İran Techmart Sərgisi açılacaq. Şirkətlərin və startapların iştirak edəcəyi sərgiyə Azərbaycanda və dünyada texnologiya və ya texnoloji imkanlara malik olan, eləcə də tədqiqatçılar, araşdırma təşkilatları, texnologiya parkları və texnologiya mübadiləsi sahəsində ixtisaslaşan qurumlar dəvət olunur. Sərgi dekabrın 20-dək davam edəcək.

Tədbirdə iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: