TRT HABER: TANAP enerjinin İpək yoludur

A- A A+

Türkiyənin nüfuzlu TRT HABER televiziya kanalı Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) ilə bağlı geniş reportaj yayıb.

NUHÇIXAN xəbər verir ki, kanalın iyunun 11-də və 12-də yayılan xəbərlər buraxılışlarında yer alan reportaj tamaşaçılara “Enerjinin İpək yolu” adı ilə təqdim olunub.

Reportajda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən neft strategiyasının tarixi əhəmiyyətindən, bu strategiya nəticəsində ortaya çıxan iqtisadi layihələrdən, o cümlədən Trans-Anadolu təbii qaz boru kəmərinin geniş bir coğrafiyanın iqtisadi inkişafına təsir imkanlarından bəhs olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlərinə, eləcə də iki qardaş ölkə liderlərinin birgə iştirak etdikləri mərasimlərə, həmçinin dövlət başçılarının siyasi iradəsi ilə gerçəkləşən TANAP-ın tikintisinə, bu mövzuya aid digər mühüm məqamlara dair kadrlar əks olunub.

Kanalın iyunun 12-də səhər buraxılışlarında yaydığı KİV-in xülasəsinə dair rubrikada da əsas mövzu TANAP layihəsi olub. Türkiyə qəzetlərinin manşet mövzusu olan TANAP-a yerli KİV-lərin yanaşması belədir: gücümüzə güc qatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: