AZAL Naxçıvana uçuş planlaşdıran sərnişinlərə xəbərdarlıq edib

A- A A+

AZAL-dan NUHÇIXAN-a bildirilib ki, “www.azal.az” saytında aparılan texniki işlərlə əlaqədar 2020-ci il yanvarın 8-dən sonra yerinə yetirilən Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə reyslərə aviabiletlərin onlayn bronlaşdırılması müvəqqəti mümkün olmayacaq. Texniki işlərin yanvarın 7-də də başa çatması planlaşdırılır. Yanvarın 8-dən əvvəl yerinə yetirilən uçuşlar üçün aviabiletlərin onlayn satışı məhdudiyyətsiz aparılacaq.

Qeyd edilən dövr üçün biletlərin əldə edilməsi ilə bağlı “Silk Way Travel”in ofisinə (Bakı şəhəri, Nizami küçəsi, 126), həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda və Naxçıvanın hava limanındakı kassalarımıza müraciət etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: