Naxçıvanda arı ailələrinin sayı 100 minə çatır

A- A A+

“Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası cari ildə də davam etdirilib. Ötən dövr ərzində arıçılıqla məşğul olanlara 601 min manat kredit verilib”.

NUHÇIXAN xəbər verir ki,  bu rəqəmlər beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyasında diqqətə çatdırılıb. Muxtar respublikada “Arıçılıq məhsulları-bal” festivalının ardıcıl olaraq keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərib. Artıq ikinci ildir ki, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırıb, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: