Çərşənbə axşamı Türkiyənin Eskişehir şəhərində istismara verilən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Avropaya ilk qaz tədarükünə 2019-cu ilin iyun ayında başlanacaq.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Energetika qarşıdurma yox, əməkdaşlıq sahəsidir. TANAP bunun bariz nümunəsidir. Qaz kəmərinin ilkin nəql gücünün ildə 16 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir. Onun 10 milyardı Avropaya nəql olunacaq. TANAP-la Yunanıstan sərhədinə qədər ilk qaz nəqlinin artıq 2019-cu ilin iyununda həyata keçirilməsi planlaşdırılır", - deyə "Anadolu" agentliyi Türkiyə liderinin sözlərini sitat gətirib.
TANAP-ın açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, həmçinin digər ölkələrin dövlət və hökumət başçıları iştirak ediblər.