“Azərkosmos” “Digiturk” və “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb

A- A A+

“Azərkosmos” ASC Türkiyənin aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb.

ASC-dən NUHÇIXAN-a bildirilib ki, müqaviləyə əsasən, “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.

Cari il ərzində “Turkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: