Külək enerjisi kömür və təbii qazdan sonra ən böyük elektrik enerjisi mənbəyidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, dünyada quraşdırılmış külək stansiyalarının gücü hazırda 570 giqavatdır. 2030-cu ildə bu həcmin iki dəfə artacağı proqnozlaşdırılır. Bunun əsas səbəbi isə bərpaolunan enerjinin əldə edilməsinin ucuzlaşmasıdır.