Naxçıvanda sənaye məhsulunun həcmi 1 milyard 15 milyon manata yaxın olub.  - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında nazir Tapdıq Əliyev 2019-ci ildə görülən işlər qarşıya qoyulan vəzifələr barədə  məruzə edib.

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın sosial-iqtisadi inkişafından, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan bir sıra mühüm vəzifələrdən  danışan nazir bildirib ki, muxtar respublikada makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərini təşkil edir.

2019-ci ildə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülüb,  75 istehsal və xidmət sahəsi istifadəyə verilib, 247 iş yeri açılıb.

Diqqətə çatdırılıb ki, həyata keçirilən iqtisadi tədbirlərin nəticəsində  hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, buna da yerli istehsalın xüsusi çəkisinin artması hesabına nail olunub. Həmçinin özəl sektora dövlət dəstəyinin gücləndirilməsindən də bəhs edən Tapdıq Əliyev bildirib ki, iş adamlarının iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi məqsədilə 2019-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 117 layihənin maliyyələşdirilməsinə 10 milyon 715 min manatdan çox güzəştli kreditlər ayrılıb.

Qeyd olunub ki, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib, 2019-cu ildə sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. 

Muxtar respublikanın xarici iqtisadi əlaqələrini də vurğulayan iqtisadiyyat naziri bildirib ki, son illər muxtar respublika iqtisadiyyatının çoxşaxəli inkişafı yerli istehsal məhsullarının ixracı imkanlarını yaxşılaşdırıb, xarici ticarət əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə artıb.

Mövzu ilə  bağlı çıxışlar  dinlənilib.

Sonda nazirliyin 2020-ci il üçün İş Planı təsdiq edilib.

                                                       

                                              Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: