Yanvarın 17-də Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi açılıb.
NUHÇIXAN xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti 180-dək çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir. Sərgi yanvarın 26-dək davam edəcək.
Qeyd edək ki, 70-dən çox ölkədən 1500-dən artıq şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 12-ci dəfə təmsil olunur.