Keçən il istilik elektrik stansiyalarında (İES) elektrik enerjisinin istehsalına 5,1 milyard kubmetrdən çox təbii qaz sərf olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Hesabata görə, ötən il “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 5 milyard 139,2 kubmetr təbii qaz sərf edilib.
2019-cu ildə hər kilovat/saat (kVts) elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2018-ci illə müqayisədə 280,3 q/kVts-dan 271,2 q/kVts-a qədər (9,1 q/kVts) azalıb ki, bu da 196,7 min ton şərti yanacağa qənaət deməkdir.