Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) martın 28-dək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.
AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə “[email protected]” elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz: “https://help.azal.az/hc/az/requests/new”
Qeyd edək ki, AZAL hər il fevralda Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Bu, Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevraldan Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.