Muxtar respublikanın dinamik inkişafı bank sektorunun inkişafına da təsir edib. NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir. Belə ki, 2019-cu ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 143 milyon 185 min 300 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 2,8 dəfə çoxdur.
Qeyd edək ki, verilmiş kreditlərin 14 milyon 767 min 900 manatı və yaxud 10,3 faizi qısamüddətli, 128 milyon 417 min 400 manatı və yaxud 89,7 faizi uzunmüddətli kreditlər olub.