Bəzi avtomobillər gömrük rüsumundan azad edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, minik avtomobilləri tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə gömrük rüsumundan azad olunur. Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədədir.