Almaniyanın Оaoev.de internet platforması ölkənin Federal İqtisadiyyat və Enerji Nazirliyinin kiçik və orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuş bazarların inkişafı proqramı barədə məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, məlumatda həmin proqram çərçivəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının Almaniya İqtisadiyyatının Şərq Komitəsi, Almaniya Ticarət və İnvestisiya Agentliyi, Almaniyanın Rödl & Partner konsaltinq şirkəti ilə birlikdə Frankfurt şəhərində ölkəmizin mobillik və logistika imkanları ilə bağlı tədbir təşkil etdiyi vurğulanır.
Qeyd olunur ki, tədbir yeni bazarlara və ya bazar seqmentlərinə çıxmağı hədəfləyən kiçik və orta sahibkarlıq subyektlərinin marağına səbəb olub.