Özbəkistan portalı: TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Daşkənddəki kun.uz portalında “TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə Rusiyanın AKRA Reytinq Agentliyinə istinadən bildirilir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatının güclənməsi 1-1,8 faiz təşkil edəcək. 2019-cu ildə isə ölkə iqtisadiyyatı 2-2,5 faiz yüksələcək. Azərbaycan hökuməti gələn il bu rəqəmin 4 faiz olacağını proqnozlaşdırır.

Qeyd olunur ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz 2” yatağından qazı Avropaya nəql edəcək. Bu isə ölkə iqtisadiyyatına böyük fayda verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: