Vergiödəyicilərinin yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə təminatı ilin sonunda başa çatacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, kölgə iqtisadiyyatının azaldılması üçün nağd dövriyyələrə də nəzarət edilməsi məqsədilə 2019-cu ildən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanılıb. Bu proses 4 mərhələdən ibarətdir. İlk 2 mərhələ 2019-cu ildə 91 faiz icra edilib. 2020-ci ildə 3-cü mərhələnin icrasına başlanılıb və artıq 17,1 faizi icra olunub.
Tam olaraq bütün vergiödəyicilərinin əhatə edilməsi isə 2022-ci il dekabrın 31-də başa çatacaq. Bu dövrədək vergi orqanları nağd əməliyyatları həyata keçirən bütün obyektləri, əsasən də pərakəndə ticarət və ictimai iaşə obyektlərini yeni nəsil NKA-lar ilə təmin etməlidirlər.