Naxçıvanda ümumi daxili məhsul 2 faiz artıb

A- A A+

Muxtar respublikada 2020-ci ilin yanvar ayında 173 milyon 71 min 900 manatlıq ümumi daxili məhsul istehsal olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olub.

Qeyd edək ki, muxtar respublikada da təmin olunmuş makroiqtisadi sabitlik nəticəsində son illərdə iqtisadiyyatın dinamik inkişafı təmin olunub, yaradılmış istehsal müəssisələri hesabına yerli məhsulların həcmi xeyli artıb. Bu da, öz növbəsində, muxtar respublikada ümumi daxili məhsulun həcmində özünü göstərir. Bu, Naxçıvanda sahibkarlığın inkişafına göstərilən davamlı dövlət dəstəyinin əyani göstəricisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: